Azərbaycan İmplantoloq İctimai Birliyinin əsası rəsmi olaraq 2005-ci ildə qoyulmuşdur. Buna qədər isə Birlik 2 il ərzində qeyri-rəsmi olaraq yaranma və formalaşma dövrü keçmişdir. Birliyin yaradılmasında dental implantologiyanın inkişafına kömək etmək həkim-stomatoloqları və bu sahədə ixtisaslaşmaq üçün yönləndirmək, onlara hər növ yardımçı olmaq, əhalini- yəni pasiyentləri məlumatlandırmaq və onları stomatologiyanın bu mütərəqqi xidmət sahəsindən faydalanmağa inandırmaq olmuşdur. Bütün bunları həyata keçirmək üçün Birliyin fəaliyyət planı həyata keçirilir. Buraya həkimlər və diş texnikləri üçün təşkil olunan kursal, aylıq seminar və konfranslar aiddir. Əsas məqsəd implantoloji təhsili və informasiyanı artıraraq həkimlərin bilik və bacarığının artmasına nail olmaq və pasiyentlər üçün yüksək səviyyəli xidmətə nail olımaq və pasiyentlər üçün yüksək səviyyəli xidmətə nail olmaqdır. AzİİB ölkədaxili və xarici eyniadlı təşkilatlarla sıx əməkdaşlıq edərək təcrübə mübadiləsi aparır. Belə ki, Ukrayna, İtaliya, Rusiya, Almaniya, Belarusiya, Amerika, İzrail, Türkiyə, İran, Kazaxıstan, Gürcüstan, Qırğızıstan, Fransa, İspaniya, Koreya, yunanıstan və s. kimi ölkələrdən olan həmkarlarla yaxşı əlaqələr yaradılır.
AzİİB-in dünyanın ən böyük implantoloji təşkilatı olan İCOİ-la da çox yaxın əməkdaşlığı mövcuddur. Azərbaycan daxilində Gəncə və Naxçıvan sahələrində AzİİB-in filialları fəaliyyət göstərir. ivan (Azerbaijan).
|