Hər zaman və hər yerdə sizi salamlamaqdan mənmunluq duyuram.
Hörmətli
həmkarlar, dostlar!Sizləri İmplantoloqların Üçüncü Beynəlxalq Xəzər konfransında görmək
arzusu ilə salamlayıram.
Zaman
axır və bizləri irəli - İmplantoloqların Üçüncü Beynəlxalq Xəzər Konfransına
aparır.Zaman axır və hər şey dəyişir.Və bu dəyişmələri bir arada görmək və bölüşmək
üçün bütün həmkarları Bakıya – Konfransa dəvət edirəm.Bu Konfrans İmplantologiyanın
ən böyük və ciddi problemi olan atrofiya məsələlərinə həsr olunur.Problemin həllində
alternativ metod və materialların tətbiqi həmişə böyük marağa səbəb olmuşdur.
Çoxlu
həll yollarının təklif olunmasına baxmayaraq mövzu öz aktuallığını itirmir.Digər
metodlarla yanaşı subperiostal implantların tətbiqi də yenidən və daha yeni formada
gündəmə qayıdır.Xüsusilə kompyuter texnikasının tətbiqi ilə bu metod
yenidən canlanır.Konfransın bu məsələlərlə bağlı bir konsensusa gələcəyinə ümid
edirik.
Konfransa
bir sıra yeniliklərlə bağlı konfrans- önü kurslar da əlavə olunacaq.Paralel olaraq
implantologiyaya və cərrahi stomatologiyaya həsr olunmuş sərgi də iştikrakçıların
marağına səbəb olacaq.Və həmişə olduğu kimi bu günlərdə qonaqlarımıza maraqlı gəzintilər,
muzeylərə baxış, Azərbaycan musiqisi dinləmək, mətbəximizdən nümunələr dadmaq şansı
yaradılacaq.
Bir
çox ölkələrdən bu konfransa böyük maraq və diqqət var.
Konfransın
əsas təşkilatçıları AzİİB , İCOİ (ABz) və"İmplantatas" QSC- dir.(Litva).
Nəhayət
sonda bütün kolleqaları konfransın işində daha aktiv olmağa çağırır və konfransımıza
uğurlar diləyirəm.
Bakıda
görüşənə qədər.
Hörmətlə,
T.E.N. Dr. Cabbar Həsənov Azərbaycan Implantoloq İctimai Birliyinin Sədri
Hörmətli Kolleqalar!
İmplantologiyanın
sürətli inkişafı və onun ayrıca bir stomatoloji ixtisas kimi formalaşması əldə edilmiş
elmi və kliniki biliklərə yenidən baxılmasını tələb edir.
Çox böyük
miqdar müxtəlif tip implant və konstruksiyalarından kliniki praktika üçün
zaman ilə sınaqdan çıxmış və pasientlərə və stomatoloji əlillərə faydalı
olanını seçmək lazımdır.
Bu Konfransın
məruzələri əsasən subperiostal implantların tətbiqinə aiddir, çünki bu, indi tez-
tez deyildiyi kimi aqressiv cərrahi texnologiya metodunun güclü alternatividir.
Prof. Strel
/Belçika/ vurğulayırdı ki, sümük implantı seçir.
Pasientin
maraqlarını nəzərə alaraq müalicə üçün daha təhlükəsiz müalicə planı seçmək
lazımdır. Buna görə də ağızda kliniki situasiyalarin müxtəlifliyini nəzərə
alaraq, hər zaman ehtiyatda müxtəlif növ implantların olması vacibdir.
Bu gün biz
xəstəni hər vəchlə yivli implantasiyaya sövq etməyə çalışırıq.Xəstənin marağını
nəzərə alsaq bu, səmərəli və ağlabatandırmı? Lakin hələ ki bu reallıq olaraq qalır.
İmplastruksiya
/ implantoloji rekonstruksiyanın protez və cərrahi bölmələrə ayrılması pasientlərin
marağında deyil və onlara faydalı deyil.Kim və nəyə görə gələcəkdə birincili səbəbin
çətin müəyyən olunan ağırlaşmasına görə cavab verəcək?Bunu kim ödəyəcək?
Biz ümüd edirik ki, təcrübə və bilik mübadiləsi , həmçinin müzakirələr bu tip implantlar mövzusunda bizim qarşılıqlı anlaşmaya və raziliga gelmeyimize imkan verəcək.
Hörmətlə,
T.E.D. Dr.Oleq Nikolayeviç Surov "IMPLANTATAS" Qapalı Səhmdar
Şirkətinin Sədri